Bazar, 05 May

Federasiya Şurasının üzvü: "Rusiya Ruben Vardanyana kömək etməyəcək"

image

Ruisya qondarma “Dağlıq Qarabağ"ın "dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək.

Xəbər verilir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin deyib.

Onun sözlərinə görə, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək, bu onun qərarının nəticəsidir.

“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, müvafiq olaraq bu addımın bütün hüquqi nəticələri onun seçiminə görədir", - Başkin qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15